SON DƏQİQƏ

Koronavirus ötən ilin avqustundamı başlayıb?

Tarix:22-06-2020, 16:06

Çinin Uhan şəhərində koronavirusun ötən ilin avqustundan başladığını iddia edən ABŞ tədqiqatı ilə bağlı tənqidi rəylər var.

Harvard Universitetinin bu ayın əvvəlində dərc olunmuş tədqiqatı Çin tərəfindən rədd edilmiş və müstəqil alimlər tərəfindən şübhə altına alınmışdı.

Tədqiqatlın nəticələri nədən xəbər verir?

Tədqiqat Uhan xəstəxanaları ətrafında nəqliyyatın hərəkətinin peyk təsvirlərinə və spesifik tibbi simptomların onlayn axtarışlarının izlənməsinə əsaslanır.

Araşdırmada bildirilir ki, 2019-cu ilin avqustun sonlarından dekabrın 1-dək şəhərdə altı xəstəxananın ətrafında parklanan avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə olunub.

Harvard hesabatında qeyd olunur ki, bu, həm də "öskürək" və "ishal" kimi mümkün koronavirus simptomları üçün internetdə axtarışların sayının artmasına təsadüf edib.

Çinin Uhan şəhərində nəqliyyatFotonun müəllifiGETTY IMAGES
Image captionTədqiqatçılar Uhanda yol hərəkətinin təsvirlərini izləyiblər

Bu, əhəmiyyətli bir kəşf olar bilərdi, çünki Uhanda xəstəliyin ən erkən hadisəsinin məruzə edilməsi yalnız dekabr ayının əvvəlində qeydə alınıb.

Alimlər yazırlar: "Artmış həcmin yeni virusa birbaşa aid olub-olmadığını təsdiq edə bilməsək də, bizim məlumatlarımız xəstəliyin dəniz məhsulları bazarında qeydə alındığından daha əvvəl meydana gəldiyini göstərən digər son dövrün araşdırmalarını dəstəkləyir".

Harvard araşdırması kütləvi informasiya vasitələrində böyük marağa səbəb olub və pandemiyaya Çinin reaksiyasından çox narazı olan prezident Trump da, Fox News tvitterində tədqiqatçıların nəticələrinə diqqət çəkən bir tvit yazıb. Həmin tvıtə üç milyondan çox dəfə baxılıb.

Onların sübutları dayanaqlıdırmı?

Tədqiqat digər alimlər tərəfindən nəzərdən keçirilməyib. Tədqiqatda deyilir ki, Çin internetinin Baidu adlı məşhur axtarış resursunda koronavirus simptomları, xüsusilə də "ishal" haqqında onlayn axtarışlarn sayında artım olub.

Lakin, Baidu şirkətinin rəsmiləri tədqiqatdakı nəticələri şübhə altına alaraq bildiriblər ki, əslində, qeyd olunmuş müddət ərzində "ishal" üçün axtarışların sayında azalma baş verib.

Beləliklə, nə baş verir?

Harvard Universitetinin araşdırmasında istifadə olunan termin əslində Çin dilindən "ishal simptomu" kimi tərcümə olunur.

Biz Baidu saytında bu məsələni Google Trends-ə bənzər axtarış sorğularının populyarlığını təhlil edən system vasitəsilə yoxladıq.

Həqiqətən də "ishal simptomu" axtarış termini 2019-cu ilin avqustundan pandemiya başlayanadək say artımı göstərib.

Ancaq Uhanda daha çox yayılmış axtarış termini olan "ishal" termininin internet statistikasında, eyni dövr ərzində azalma müşahidə olunub.

Harvard araşdırmasının aparıcı müəllifi Benjamin Rader BBC-yə deyib ki, "ishal" axtarış termini təsdiq olunmuş Covid-19 hallarına ən uyğun gələn və koronavirusla əlaqəli olduğuna görə seçilib.

Biz həmçinin, koronavirusla əlaqələndirilən "qızdırma" və "nəfəs çatışmazlığı" axtarış terminlərinin də populyarlığını yoxladıq.

Avqust ayından sonra "qızdırma" axtarışı "öskürək" axtarışına bənzər sürətlə azacıq artıb, "tənəffüs çatışmazlığı" axtarışı isə eyni dövrdə azalıb.

Həmçinin xəstəlik göstəricisi qismində ishaldan istifadə olunması ilə bağlı suallar qaldırılmışdır.

Koronavirus ilə bağlı Britaniyada keçirilmiş və 17000 xəstəni əhatə edən böyük miqyaslı tədqiqat göstərib ki, koronavirusun simptomları arasında ishal yeddinci yerdədir, ilk üç yeri isə öskürək, qızıdrma və nəfəs darlığı kimi simptomlar tutu

Maşınların sayı

Harvard araşdırmasında qeyd olunub ki, altı xəstəxana ərazisindəki dayanacaqlarda avtomobillərin sayı 2019-cu ilin avqust-dekabr ayları arasında artıb.

Lakin onların təhlilində bəzi ciddi çatışmazlıqlar aşkar olunub.

Hesabatda deyilir ki, ağac örtüyü və bina kölgələri olan şəkillər nəqliyyat vasitələrinin sayılmasında qeyri-dəqiqliyə yol verilməmək üçün nəzərə alınmayıb..

Lakin mediada dərc olunan peyk şəkilləri yüksək binalarla bloklanmış xəstəxanaala aid avtomobil dayanacaqlarını göstərir, bu da o deməkdir ki, mövcud avtomobillərin sayını dəqiq qiymətləndirmək mümkün deyil.

Bunu göstərmək üçün Hubei Qadın və Uşaq xəstəxanasında müxtəlif vaxtlarda edilən aşağıdakı şəkillərdən ikisini seçdik.

2018-ci ilin oktyabr ayında tibb mərkəzində edilmiş birinci şəkildə ərazidəki binaların avtomobil dayanacağı parkının bir hissəsini necə örtdüyü göstərilib.

Hubeidə qadın və uşaq xəstəxanasıFotonun müəllifiRS METRİCS

Həmin ərazinin fərqli bucaq altında fotosu isə 2019-cu ilin oktyabrında çəkilib. Bu təsvirdə binaların əvvəlki şəkildə örtdüyü ərazi aydın görünür.

Hubeidə qadın və uşaq xəstəxanasıFotonun müəllifiRS METRİCS

Harvard hesabatında istifadə olunan digər peyk görüntülərini araşdırarkən, qalan xəstəxanalarda da avtomobil parklarının bir hissəsinin eyni tərzdə və eyni səbəbdən görünmədiyini aşkar etdik.

Beidu vebsaytının küçə görünüşü funksiyasında Tien Xəstəxanası ərazisində yeraltı avtomobil parkının olduğu görünür. Peyk şəkillərində isə həmin parka yalnız girişi seçmək mümkündür, yeraltı dayanacaqdakı avtomobillər isə görünmür.

"Biz bu araşdırmanın gedişində yeraltı dayanacaqlarda avtomobillərin sayını nəzərə ala bilmirik və bu məqam tədqiqatın məhdudiyyətlərindən biridir”, - hesabatın müəllifi Benjamin Rader qeyd edib.

Tədqiqatçılar Uhandakı xəstəxanalar ətrafında avtomobil hərəkətinin və axtarış sorgularının intensivliyinin spesifik olub-olmadığını yoxlamaq üçün həmin parametrləri Çinin başqa bölgələrindəki oxşar nümunələrlə müqayisə edə bilərdilər.

Peyk şəkillərində aşkar etdiyimiz çatışmazlıqları və internetdə tibbi simptomlar axtarışı ilə bağlı qaldırdığımız məsələlərə əlavə edilərkən, Harvard tədqiqatının nəticələriylə bağlı ciddi şübhələr yaradır.

Bununla belə, Uhanda virusun erkən yayılması ilə bağlı bizim bimədiyimiz hələ çox şey var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ