SON DƏQİQƏ

Quba Elektrik Şəbəkəsinin rəisinin adı cinayət olayında -VİDEO FAKT- ŞİKAYƏT

Tarix:17-12-2019, 00:21

Bu ilin yazında elektrik vurması nəticəsində həyatını itirən "Azərişıq” ASC-nin nəzarətçi mühəndisi Əhməd Ağamovun ailəsi "Azərişiq”ın təzyiqlərindən təngə gəlib. Ailə bu barədə KONKRET.az-ın şimal rayonları üzrə bölgə müxbirinə danışıb.

Hadisə martın 22-də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində baş verib. "Azərişıq” ASC-nin Xaçmaz Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisi olan Əhməd Ağamov yüksəkgərginlikli elektrik xəttində təmir işləri apararkən elektrik vurması səbəbindən dünyasını dəyişib. Həmin vaxt ərazidəki təmir işlərinə təhkim olunan Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi Natiq Mustafayev məsuliyyətsizlik edərək təmir aparılan elektrik xəttini gərginlikdən ayırmaq barədə göstəriş verməyi unudub. Bu isə Əhməd Ağamovun ölümü ilə nəticələnib.

Faktla əlaqədar aparılan araşdırma nəticəsində Əhməd Ağamovun ölümündə təqsirli bilinən Natiq Mustafayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsinə əsasən (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) təqsiri sübuta yetirilməklə 3.5 il müddətində azadlıqdan məhrum edilib.

Məhkəmənin qərarından sonra təqsiri sübuta yetirilən Natiq Mustafayev ona verilən cəzanın çox olduğunu iddia edərək Apellyasiya Məhkəməsinə müraciət edib. Əsl hoqqalar da bundan sonra başlayıb. Həmin vaxt Xaçmaz Elektrik Şəbəkəsinin rəisi olan Ramil Məmmədov (hazırda Quba Elektrik Şəbəkəsinin rəisidir), Xudat Xidmət Sahəsinin rəisi Fətəli Niftəliyev və hadisəyə görə məsuliyyətə cəlb olunaraq barəsində məhkəmə qərarı olan mühəndis Natiq Mustafayev mərhum Əhməd Ağamovun ailəsinə barışıq ərizəsi yazdırmaq üçün təzyiq etməyə başlayıblar. Əvvəl bu xahiş-minnət üsulunda olsa da, daha sonra onlar müxtəlif təhdid predmetlərindən istifadə etməyə başlayıblar.

"Bizə dedilər ki, gəlin barışıq ərizəsi yazın hüquq mühafizə orqanlarına verəcəyimiz pulu sizə verək. Sonra da dedilər ki, əyər barışıq etməsəniz mərhumun əmək haqqı kəsiləcək. Hadisə baş verən gün İdarənin rəisi Ramil Məmmədov əməkdaşlardan 2 min manat pul toplayaraq mərhumun anasına verib. Amma daha sonra Natiq Mustafayev bu vəsaiti ailəyə qarşı bir təhdid predmetinə çevirib.

Natiq bizə dedi ki, o pulu mən mal qaramı satıb sizə vermişdim – idarədən sizin oğlunuz üçün pul toplanmamışdı, müdir sizə yalan deyib, o pul mənim pulum idi”.

Ağamovlar ailəsi "Azərişıq”ın bu təzyiqlərindən cana doyub. Onlar təhdidlərin davam edəcəyi təqdirdə Prezident İlham Əliyevə müraciət edəcəklərini bildiriblər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ