SON DƏQİQƏ

Saakaşvilinin xanımının Bakı səfəri təxirə düşdü

Tarix:7-12-2017, 11:43

Xəbər verdiyimiz kimi, Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin xanımı Sandra Rulofsun Bakıya səfəri təxirə salınıb.

 

Bu barədə  Milli Fikir Mərkəzinin (MFM) sədri Şəhriyar Məcidzadə bildirib.

 

Buna səbəb isə Ukraynada baş verən hadisələrlə əlaqədar Sandra Rulofsun həyat yoldaşı Mixail Saakaşvilinin yanına yollanmasıdır.

 

"Bu gün bizimlə əlaqə yaradıb bildirdilər ki, təqdimatın müddətini başqa bir vaxtla əvəzləmək məcburiyyətindədilər.

 

Bizdə Milli Fikir Mərkəzi olaraq məsələni anlayışla qarşılayıb bildirdik ki, xanım Rulofsun iştirakı olmadan kitab Azərbaycan cəmiyyətinə təqdim edilməyəcək və satışı həyata keçirilməyəcək. Ona görə tədbirimizi bir müddətlik gecikdirməli olacağıq. 
Təqdimatın hansı tarixdə olacağı barədə məlumat əldə edən kimi sizinlə paylaşacağıq”-deyə Ş.Məcidzadə söyləyib.

 

Onun sözlərinə görə, tədbirin vaxtı dəqiqləşən kimi xüsusi qonaqlara yenidən dəvətnamə göndəriləcək.

 

"Amma indiyə qədər qeydiyyatdan keçən iştirakçılarımız üçün artıq yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Tədbirin vaxtı müəyyənləşən kimi onlara məlumat verəcəyik.Gəlib iştirak edəcəklər.
Məsələnin anlayışla qəbul ediləcəyinə ümid edirəm”.

 

Qeyd edək ki, Sandra Rulofs dekabrın 9-da Bakıya gələcəkdi.

 

Dekabrın 10-da isə Saakaşvilinin xanımının Bakıda "Bir idealistin hekayəsi” kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimatının keçirilməsi nəzərdə tutulurdu.  

 

Kitabı Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ