SON DƏQİQƏ

«İstəyirlər ki, mən susum» - Müəmmalı qəza

Tarix:13-11-2019, 15:11

Avtomobillə vurulması «bu, sui-qəsddirmi» sualını doğuran, koma vəziyyətində Heydər Əliyev Fondunun yardımı ilə Türkiyəyə aparılan və həkimlərin «gözləməkdən başqa çarəmiz yox» deyə qədərin ixtiyarına buraxdığı hüquq müdafiəçisi Oqtay Gülalıyev kimdir?

Kür daşqınlarının tanıtdığı Oqtay Gülalıyev

Azərbaycan cəmiyyəti O.Gülalıyevi hüquq müdafiəçisi kimi daha çox 2010-cu ildə Kür daşqınlarından sonra tanımağa başladı. O, həmin günlərdə «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru kimi təbii fəlakət nəticəsində zərərçəkən onlarla vətəndaşın şikayətini ictimailəşdirməyə çalışırdı.

«Biz Kür daşqınlarında onunla birgə işləmişik, «Kür» Vətəndaş Qərargahının əməkdaşı kimi ziyan çəkən rayonları gəzmişik. Onda da çox fədakarcasına çalışırdı», – jurnalist, hüquq müdafiəçisi Rövşən Hacıbəyli söyləyir. O,həmin dövrü belə xatırlayır: «Problemlər vardı, qəzalı evlərin bəzisini nə bərpa etmək, nə yenidən tikmək istəyirdilər. Oqtay Gülalıyev dəfələrlə Fövqəladə Hallar Nazirliyinə getdi, nazir müavini ilə görüşdü, məlumatlar toplayıb həm ictimaiyyətə, həm də nazirliyə təqdim etdi. Bunun sayəsində bir xeyli evin ya yenidən tikilməsinə, ya da bərpasına nail oldu. Bu, alqışlanası işiydi. O, hər zaman seçilirdi».

 

No media source currently available

0:000:04:36 0:00
 
 Direct-ə keçid 
 

 

Ata-oğul Gülalıyevlərə açılan cinayət işləri

2012-ci il aprelin 8-də O.Gülalıyev Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanılır və inzibati qaydada 12 sutkalıq həbs cəzası alır. Az sonra - aprelin 19-da isə ona Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılır. O vaxt bu ittiham çoxları üçün gözlənilməz olur. Əksəriyyət Gülalıyevi sakit, mədəni, öz işiylə məşğul olan biri kimi tanıyırdı. Bu səbəbdən də cinayət işinin açılmasını hüquq müdafiəçisinin daşqından zərərçəkənlərin işini araşdırması ilə izah edənlər tapılır. Həmkarı R.Hacıbəyli də bu cür düşünənlər sırasındadır. Onun sözlərinə görə, həmin vaxt təbii fəlakətin fəsadlarının aradan qaldırılması yönündə ayrılan dövlət vəsaiti düzgün xərclənmirdi: «Yeyintilər vardı, bu da kimlərinsə maraqlarına cavab vermədiyindən onu şərləyib həbs etdilər».

Ancaq cinayət işinin açılması kimi onun bağlanması da qəfil olur. İyunun 13-də Sabirabad rayon Məhkəməsi həbs-qətimkan tədbirinin ləğvi və O.Gülalıyevin məhkəmə zalından azadlığa buraxılması barədə qərar verir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ