SON DƏQİQƏ

Bulvar İdarəsi: 'Bayraq həmişəki yerində olacaq...'

Tarix:8-11-2019, 18:24

«Bayraq Meydana qaytarılacaq. Dəqiq vaxtını bilmirik. Amma yerində olacaq. Buna əmin ola bilərsiniz», – Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı AzadlıqRadiosuna açıqlamasında belə deyir. O, iki il qabaq Bayraq Meydanından götürülmüş bayrağın nə zaman yerinə qaytarılacağını söyləyə bilmir. «Təəssüf ki, əlavə məlumat yoxdur. Amma həmişəki yerində olacaq, başqa cür mümkün də deyil», – İdarənin sözçüsü əlavə edir.

G.Yelmarqızı hazırda Bayraq Meydanında görülən işlər haqqında detallı məlumat verə bilmir.

«Orda texniki-təhlükəsizlik məsələləri, rekonstruksiya işləri görülür. Bayraq yaxın gələcəkdə yerində olacaq», – söyləyən Yelmarqızı qısa məlumatla kifayətlənir.

«Bayrağın, küləyin gücü təməli sarsıdırdı»

Hərçənd, bu açıqlamaya şübhəylə yanaşanlar da var. İddia olunur ki, layihələndirmə zamanı yanlışlara yol verilib. Bayraq Meydanındakı açılışdan az sonra dirəyin titrədiyi, güclü külək nəticəsində bayrağın tez-tez parçalandığı müşahidə edilirdi. Artıq o zaman yerli mütəxəssislər hesablamalarda yanlışlıqlar olması haqda danışmağa başladılar.

N.Cəfərli
N.Cəfərli

 

ReAL-ın icra katibi Natiq Cəfərli Bayraq Meydanında «qeyri-peşəkar», «tələm-tələsik» yanaşma nəticəsində milyonların suya gömüldüyünü düşünür: «Ginnesin Rekordlar Kitabına düşmək üçün bu addımlar atılanda o yerlə bağlı ciddi texniki, elmi araşdırmalar aparılmamışdı, nə relyef, nə dənizin təsiri araşdırılmışdı. Adımızın birinci olması üçün milyonlar xərcləndi. Sonradan o dirəyin təməlinin çat verdiyini, küləklər şəhərində o boyda, o həcmdə bayrağın əlavə təsirləri olduğunu dedilər. Mütəxəssislərlə danışmışam. Bayrağın yaratdığı güc həddən artıq böyük idi və bayrağın, küləyin gücü təməli sarsıdırdı. Bundan başqa qrunt suları təməli yuyurdu. Ona görə də bayraq demontaj edildi».

N.Cəfərli həmin meydana o böyüklükdə bayrağın yenidən dikiləcəyinə şübhəylə yanaşır: «Yenidən orda o böyüklükdə bayraq qoymaq mümkün deyil, ondan balacasına isə, görünür, hökumət razı deyil, sanki hökumət imicini zədələmiş kimi görünəcək».

A.Abbas
A.Abbas

 

«Neyləmək olar?»

Deputat Aqil Abbas AzadlıqRadiosuna açıqlamasında tikinti zamanı kiminsə səhlənkarlığı ucbatından yanlışlıqlara yol verildiyini, günahkarların cəzalandırıldığını deyir. O, lap böyük layihələrdə də qüsurlar olduğunu bildirir: «Böyük binalar da səhv ucbatından sökülüb tikilir. Orda səhlənkarlıq olub da. Neyləmək olar?».

Bayraq meydandan götürüldükdən bir neçə ay sonra baş nazirin keçmiş müavini Abid Şərifov da jurnalistlərə açıqlamasında səhv olduğunu etiraf etmişdi. Onun sözlərinə görə, hər yerdə səhv ola bilər: «Azərbaycanda ilk dəfə idi belə böyük qurğu tikilirdi. İndi səhvdir olub da. Amma bunu «büdcəni dağıdırlar, talayırlar» kimi dəyərləndirib, şişirtməyə ehtiyac yoxdur».

Yeri gəlmişkən, 2010-cu ildə açılışı olan Bayraq Meydanı kompleksi 30 milyon manata başa gəlib. Bunun 20 milyon manatı prezidentin Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa dövlət büdcəsindən ayrılıb.

 

No media source currently available

0:002:16 2:03
 
 Direct-ə keçid 
 

 

O, Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür bayraq dirəyi kimi düşsə də, bir neçə ay sonra Tacikistan bayrağı onu qabaqlayıb.

Dövlət Bayrağı Meydanında tikinti 2007-ci ildə başlanıb, 3 ilə iş tamamlanıb. Amerikanın «Trident Support» şirkətinin hazırladığı layihəni Azərbaycanın «Azenko» tikinti şirkəti reallaşdırıb.

20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr, qurğunun ümumi kütləsi 220 ton idi. 35 metr enində, 70 metr uzunluğunda olan bayrağın öz çəkisi isə 350 kiloqram idi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ