SON DƏQİQƏ

Xaçmazın yeni icra başçısı Şəmsəddin Xanbabayevin tiklilərə verdiyi sərəncamları ləğvi üçün göstəriş verdi

Tarix:8-11-2019, 13:34

Xaçmaz rayonuna yeni təyin olunmuş icra başçısı E.Rzayev 6 noyabr tarixində geniş iclas keçirib. Gənc icra başçısı rayonda Şəmsəddin Xanbabayev icra başçısı işlədiyi dövrdə rayon ərazisində inşa olunmuş tikililərin yenidən yoxlanması və həmçinin rayonda özəlləşdirilən yaşayış və qeyri yaşayış binalarının yenidən yoxlanılması üçün xüsusi komissiya yaradılması üçün tapşırıq verib. Bundan əlavə ELnur Rzayev işin ciddi araşdırılması qanunsuz olaraq tikinti tikənlər eləcə də qanunsuz özəlləşdirmə də əməli olanlara cinayət işinin açılması üçün hüquq mühafizə orqanlarına xüsusi tapşırıqlar verib.iclasda qeyd edib ki qanunsuz tikililerin sərəncamları ləğv olunacaq Xaçmazın bir çox kənd və qəsəbələrində ən əsası da Nabran qəsəbəsində satılmış torpaqlarin sənədləri yenidən yoxlanılacaq. Yeni icra başçısı qanunsuz tikililər və eləcə də satılan torpaqların sənədlərinin yerində yoxlanılması üçün yaradılan komissiyaya rayon ictimaiyyətinin nümayəndələrinin də cəlb ediləcəyini qeyd edib.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ