SON DƏQİQƏ

Məmurlar bir-birlərini ŞANTAJA son qoymurlar - Ekspert: “Çox əcaib vəziyyətlə qarşı-qarşıyayıq”

Tarix:30-10-2019, 12:09

Baş nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Bu dəfə başqa formada. "Bizimyol.info"nun ötən həftə yazdığına görə, oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.  Saytın yazdığına görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.   Əli Həsənov isə ittihamlara bu cür cavab verib:   "Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm. Cənab prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək”.  Hazırkı məmurlar və keçmişdə vəzifə sahibləri olanlar nəyi bölə bilmirlər, bir-birlərini niyə şantaj edirlər, Prezidentin mesajı onalara çatmayıbmı?  Bu və digər suallara münasibət bildirən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, medianı məmurların təsirindən azad etmək üçün ciddi islahatlara ehtiyac var:   "Azərbaycanda hansı media qurumunun arxasında kimin dayanması ilə bağlı suallar yoxdur. Demək olar ki, kim hansı informasiya qurumuna təsir edir, bu hər kəsə aydındır. Medianın bu cür asılılığı onun müstəqilliyinə kölgə salır. Eyni zamanda, medianın rəqabət qabiyyətini də azaldır və informasiyanın oxuculara obyektiv çatdırılmasında problem yaranır.  Azərbaycanda mediaya inam o qədər yüksək səviyyədə deyil. Sosial media isə ənənəvi medianı üstələyib. Mətbuat bunu nəzərə alaraq, tamam yeni yanaşmalar tətbiq etməlidir. Halbuki, bu yoxdur. Digər tərəfdən, ayrı-ayrı məmurların himayəsində olan media orqanlarına həmin şəxslərin təsirləri var. Məsələn, hazırda hər hansı məmurla bağlı informasiya mediada işıqlandırılırsa, həmin məmur tez bir zamanda o informasiyanı mediadan yığışdıra bilir. Yaxud məmurlar bəzən bir-birlərinə qarşı şantaj vasitəsi kimi mediadan istifadə edirlər”.   Ə. Nuriyev deyir ki, işıqlandırılan hadisələrin, mediada gedən proseslərin ölkə başçısının diqqət mərkəzində olduğunu hər kəs bilir. Ona görə, bu və ya digər qərəzli məlumatları da media vasitəsilə  hakim dairələrə ötürməyə cəhd edirlər:   "Bu gün hər bir məmurun ətrafında müəyyən "media müdafiə səngəri” düzəldilib. Bunu inkar etmək qeyri-mümkündür. Məmurlar media orqanları ilə elə təmas qururlar ki, mətbuatda onlar haqqında tənqidi fikir söylənilməsin. Bu, ya baş redakorlar, ya da ayrı-ayrı müxbirlər vasitəsilə əldə edilir. Üstəlik ölkədən deyil, xarici qüvvələrdən təsir görən, yaxud müxalifətin tam təsirində olan, onların fikirlərindən başqa heç nəyi işıqlandırmayan media orqanları da fəaliyyətdədir. Çox əcaib bir vəziyyətlə qarşı-qarşıyayıq. Bütün bunlara rəğmən, obyektivliyini qorumağa çalışan, tərəfsiz qalmaq istəyən media orqanları çox azdır.  Hesab edirəm ki, iqtidarın media ilə bağlı yanaşmalarını müasir dövrün tələblərinə uyğun dəyişməsi zəruridir. Bu istiqamətdə addımlar atılacağı görünür. Media fəaliyyəti ilə məşğul olan, peşəkar media mütəxəssiləri özləri də yeni yanaşmalar ortaya qoymalıdırlar. Azərbaycan cəmiyyətində uzun müddət tərəfsizliyi təmin etmək bir müddət üçün çox çətin olacaq. Bu məsələlər üzərində islahatlar getməlidir".Baş nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Bu dəfə başqa formada. "Bizimyol.info"nun ötən həftə yazdığına görə, oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Saytın yazdığına görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.


Əli Həsənov isə ittihamlara bu cür cavab verib:


"Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm. Cənab prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək”.

Hazırkı məmurlar və keçmişdə vəzifə sahibləri olanlar nəyi bölə bilmirlər, bir-birlərini niyə şantaj edirlər, Prezidentin mesajı onalara çatmayıbmı?

Bu və digər suallara münasibət bildirən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, medianı məmurların təsirindən azad etmək üçün ciddi islahatlara ehtiyac var:


"Azərbaycanda hansı media qurumunun arxasında kimin dayanması ilə bağlı suallar yoxdur. Demək olar ki, kim hansı informasiya qurumuna təsir edir, bu hər kəsə aydındır. Medianın bu cür asılılığı onun müstəqilliyinə kölgə salır. Eyni zamanda, medianın rəqabət qabiyyətini də azaldır və informasiyanın oxuculara obyektiv çatdırılmasında problem yaranır.

Azərbaycanda mediaya inam o qədər yüksək səviyyədə deyil. Sosial media isə ənənəvi medianı üstələyib. Mətbuat bunu nəzərə alaraq, tamam yeni yanaşmalar tətbiq etməlidir. Halbuki, bu yoxdur. Digər tərəfdən, ayrı-ayrı məmurların himayəsində olan media orqanlarına həmin şəxslərin təsirləri var. Məsələn, hazırda hər hansı məmurla bağlı informasiya mediada işıqlandırılırsa, həmin məmur tez bir zamanda o informasiyanı mediadan yığışdıra bilir. Yaxud məmurlar bəzən bir-birlərinə qarşı şantaj vasitəsi kimi mediadan istifadə edirlər”.


Ə. Nuriyev deyir ki, işıqlandırılan hadisələrin, mediada gedən proseslərin ölkə başçısının diqqət mərkəzində olduğunu hər kəs bilir. Ona görə, bu və ya digər qərəzli məlumatları da media vasitəsilə  hakim dairələrə ötürməyə cəhd edirlər:


"Bu gün hər bir məmurun ətrafında müəyyən "media müdafiə səngəri” düzəldilib. Bunu inkar etmək qeyri-mümkündür. Məmurlar media orqanları ilə elə təmas qururlar ki, mətbuatda onlar haqqında tənqidi fikir söylənilməsin. Bu, ya baş redakorlar, ya da ayrı-ayrı müxbirlər vasitəsilə əldə edilir. Üstəlik ölkədən deyil, xarici qüvvələrdən təsir görən, yaxud müxalifətin tam təsirində olan, onların fikirlərindən başqa heç nəyi işıqlandırmayan media orqanları da fəaliyyətdədir. Çox əcaib bir vəziyyətlə qarşı-qarşıyayıq. Bütün bunlara rəğmən, obyektivliyini qorumağa çalışan, tərəfsiz qalmaq istəyən media orqanları çox azdır.

Hesab edirəm ki, iqtidarın media ilə bağlı yanaşmalarını müasir dövrün tələblərinə uyğun dəyişməsi zəruridir. Bu istiqamətdə addımlar atılacağı görünür. Media fəaliyyəti ilə məşğul olan, peşəkar media mütəxəssiləri özləri də yeni yanaşmalar ortaya qoymalıdırlar. Azərbaycan cəmiyyətində uzun müddət tərəfsizliyi təmin etmək bir müddət üçün çox çətin olacaq. Bu məsələlər üzərində islahatlar getməlidir".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ