SON DƏQİQƏ

Büdcəyə pul haradan gəlir

Tarix:21-11-2017, 16:33

«2018-ci il üzrə dövlət büdcəsinin gəlirləri 20.127 milyard manat həcmində proqnozlaşdırılır. Bu, ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunan proqnozu ilə müqayisədə 3.361 milyard manat və ya 20 faiz çoxdur. 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 2.621 milyard manat və ya 15 faiz artıqdır».

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, noyabrın 21-i Milli Məclisdə «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7.907 milyard manatı və ya 39.3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür. 9.216 milyard manatı və ya 45.8 faizi də Dövlət Neft Fondundan transfert ediləcək.

«2.43 milyard manatı və ya 12.1 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı və ya 2.8 faizi isə digər gəlirlərin payına düşür», - nazir vurğulayıb.

Nazir deyib ki, 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30.1 faiz təşkil edəcək:

«Bu da 2017-ci ilə nisbətən 3.8 faiz çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20.906 milyard manat həcmində proqnozlaşdırılır. Bu isə 2017-ci illə müqayisədə 2.965 milyard manat və ya 16.5 faiz yüksəkdir».

Nazir vurğulayıb ki, 2018-ci il üzrə büdcə kəsiri 778.7 milyon manat həcmində nəzərdə tutulub.

Layihəyə görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir. Neftin bir barreli 45 dollar götürülüb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ