SON DƏQİQƏ

Azərbaycanda Aşura ilə əlaqədar 32 yerdə qanvermə aksiyası keçiriləcək

Tarix:10-09-2019, 11:08

Azərbaycanda Aşura günü ilə əlaqədar 28 şəhər-rayon üzrə 32 yerdə qanvermə aksiyası keçiriləcək.

Çərşənbə axşamı günü Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

AZƏRTAC-ın xəbərinə görə Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı fətva verib və qanvermə aksiyalarının keçiriləcəyini elan edib.

Aşura günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında qan vermə aksiyasının keçiriləcəyi ünvanların siyahısı Qafqaz Müsəlmanları İdarəsinin saytında göstərilib.

Nədir Aşura ?

Aşura günü şiə müsəlmanları üçün vacib festivaldır və Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Hüseynin Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.

Aşura, İslam təqviminə görə məhərrəm ayının 10-cu günündə keçirilir.

Bəzi ölkələrdə sünni müəlmanlar isə bu gündə Nuhun gəmisini tərk etdiyi gün kimi könüllü oruc tutur və onu Musa Peyğəmbərin Allah tərəfindən xilas olunduğu gün kimi qeyd edirlər.

Şiə müsəlmanları üçün Aşura 680-ci ildə Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə şəhid olduğu gündür.

Həmin gün onlar mərsiyə deyir və səhnələr nümayiş etdirilər

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ