SON DƏQİQƏ

Bahalaşma oktyabrdan da yan keçməyib

Tarix:13-11-2017, 15:09

Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 13.7 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinin ( DSK) məlumatında bildirilir.

DSK vurğulayır ki, ərzaq məhsullarının qiymətləri 17.6, qeyri-ərzaq mallarının qiymətləri 12.4, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 9.6 faiz artıb.

Bu ilin oktyabrında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin isə 1.1 faiz bahalaşdığı deyilir. DSK-ya görə, bir ay ərzində ərzaq məhsullarının qiymətləri 2.3, qeyri-ərzaq mallarının qiymətləri 0.3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.2 faiz yüksəlib.

NƏ BAHALAŞIB, NƏ UCUZLAŞIB

Ay ərzində toyuğun, sümüksüz mal ətinin, kolbasa məmulatlarının, balıq, süd məhsullarının, pendirin, yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının bahalaşdığı açıqlanıb.

Habelə, bananın, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, bibərin, badımcanın, lobyanın, kökün, sarımsağın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində artım müşahidə edilib.

Düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, sümüklü mal ətinin, portağalın, almanın, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunduğu vurğulanır.

DSK həmçinin bildirir ki, oktyabrda qeyri-ərzaq mallarından parçaların, ayaqqabıların, inşaat materiallarının, mebellərin, ev əşyalarının, xalçaların, digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, minik avtomobillərinin, telefon aparatlarının və dəftərxana ləvazimatlarının qiymətləri də bahalaşıb. Paltaryuyan maşınların və fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

DSK vurğulayır ki, oktyabrda əhaliyə göstərilən ödənişli xidmətlərdən MDB ölkələrinə dəmiryol və hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində ucuzlaşma baş verib. Digər ölkələrə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətinin, paltarların təmizlənməsinin, mənzillərin icarə haqqının, stomatoloji xidmətlərin, bərbərxana və kosmetik xidmətlərin qiymətlərində isə bahalaşma baş verib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Цитата
  • Группа: Qonaq
  • ICQ: {icq}
  • Регистрация: --
  • Статус:
  • Комментариев: 0
  • Публикаций: 0
^
Народ на ютубе нашла способ как играть в современные игры без скачивания и установки на компьютер
через сервис Playkey, а так же нашла Генератор промокодов для сервиса Playkey ТУТ видео.
А сам Генератор промокодов ТУТ. Кто тестил сервис и Генератор отпишитесь стоит ли заморочки :)

ÖLKƏ İÇİ