SON DƏQİQƏ

Məhkum sayında azalma var

Tarix:6-03-2019, 17:18

«2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanan məhbusların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 min 800 olub». Bunu Ədliyyə Nazirliyi Probasiya xidmətindən bildiriblər . Qurumdan verilən məlumata görə, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrində saxlanan məhbus sayında 2 mindən çox azalma var. «Bütün bunlar isə prezident İlham Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı sərəncamının nəticələridir», - Xidmətdən bildiriblər. 2017-ci il fevralın 10-da dövlət başçısı İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb. Bundan sonra ölkədə qanunvericiliyə edilən bəzi dəyişikliklərlə həbs olunanların sayında azalma baş verib. Bununla belə, yerli hüquq-müdafiə təşkilatları hesab edirlər ki, əhali sayını nəzərə aldıqda Azərbaycanda məhbus sayları bir çox Avropa ölkələri ilə müqayisədə çoxdur.скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ