www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » “Qarabağ” mərhələni 4 cavabsız qolla keçdi (YENİLƏNİB)

“Qarabağ” mərhələni 4 cavabsız qolla keçdi (YENİLƏNİB)

Bölmə: Gündəm
 “Qarabağ” mərhələni 4 cavabsız qolla keçdi (YENİLƏNİB)
Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” növbəti sınağına çıxıb.

Ağdam klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta çempionu “Valletta”nı sınağa çəkib. Cavab görüşündə də mükəmməl oyun nümayiş etdirən "Qarabağ" bu dəfə rəqib qapısından 4 cavabsız qol keçirib.

“Qarabağ” zəif “Valletta” səddini adlyaraq, növbəti mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Maltalıları mübarizədən kənarlaşdırmaq ən azı daha 4 avrokubok matçı keçirmək deməkdir. Çünki “Zalsburq”la III təsnifat mərhələsindəki qələbə “Qarabağ”ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu
22 iyul

“Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) - 4:0
Qollar: Reynaldo, 15; Çumbinyo, 48; Danilo Dias, 56; Leroy Corc, 80
Qırmızı vərəqə: Conatan Karuana; Rayan Fenek

Baş hakim: Sergey Sinkeviç

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:0

“QARABAĞ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 70. Çumbinyo

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov.

Baş məşqçi: Qurban Qurbanov.

“VALLETTA”: 28. Nikki Vella, 2. Conatan Karuana, 3. İan Atsopardi, 6. Rayan Fenek (k), 8. Uqo Fariya, 10. Roderik Briffa, 15. Latif Elford-Alliyu, 18. Şon Bayada, 30. Abdelkarim Nafti, 24. İan Zammit, 36. Luk Dimek.

Ehtiyat oyunçular: 1. Yenez Sini, 9. Rafael Kooh-Sona, 11. Luk Montebello, 14. Hamid Alkamali, 17. Siray Eddin Arab, 25. Adrian Zahra.

Baş məşqçi: Gilbert Acius.