www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » At kimi kişnəyən qadın (VİDEO)

At kimi kişnəyən qadın (VİDEO)

Bölmə: Gündəm
At kimi kişnəyən qadın (VİDEO)
İfaçı çıxışı ilə hamını heyrətləndirib
Musiqi yarışmalarından birində iştirakçı öz çıxışı ilə bütün dünyaya səs salıb.
Filippində keçirilən "X Factor" musiqi yarışmasının qadın iştirakçılarından biri öz çıxışı ilə hamını heyrətə gətirib. Olduqca fərqli görkəmə malik olan qadın müğənni səhnədə göstərdiyi mimika və jestlərlə, ən əsası isə ifa etdiyi mahnı ilə izləyicilərin çoxunun gülüşünə səbəb olub.

Belə ki, müğənni yarışmada səsləndirdiyi mahnının nəqarət hissəsinə çatdıqda at kimi kişnəməyə başlayıb. Bu isə tamaşaçılar kimi, jüri tərəfindən də gözlənilməz çıxış olub.

Sözügedən qadın müğənninin videosu bir neçə gündə sosial şəbəkədə "At kimi kişnəyən qadın" adı ilə yayılmaqdadır və izlənmə rekorduna doğru irəliləyir.