www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Azərbaycanlı "qanuni oğru" həmkarını "vurdu"

Azərbaycanlı "qanuni oğru" həmkarını "vurdu"

Bölmə: Gündəm
Azərbaycanlı "qanuni oğru" həmkarını "vurdu"
Kriminal aləmdə “Cemo” ləqəbilə tanınan “qanuni oğru”, 39 yaşlı Camal Mikoladze titulundən məhrum olunub.
Onun kriminal aləmdə rüsvay olmasına səbəbkar isə 48 yaşlı azərbaycanlı "qanuni oğru" Vaqif Süleymanov ("Vaqif Bakinski") və 30 yaşlı Zviadom Ozmanov olublar.

Onlar “Cemo” haqqında kriminal aləmə məktub yazıblar. Məktubda "Cemo"nun kriminal aləmin qanunlarına əməl etmədiyi və həbsxanada digər "qanuni oğru"lara əl qaldırdığı bildirilir.

Avtoritetlərin kriminal aləmə etdiyi müraciətdən sonra “sxodka” keçirilib və “Cemo”nun həqiqətən də kriminal aləmə zidd hərəkət etdiyi müəyyənləşib.

“Sxodka” Camal Mikoladzeni “qanuni oğru” titulundan məhrum edib.