SON DƏQİQƏ

"Kiminsə öz maşınında nə isə asması ilə bağlı bir qadağa yoxdur, amma..."

Tarix:3-11-2017, 23:32



 


 

Türkmənistanda avtomobilindən bəzək əşyaları asan sürücülərin cərimələnməsi prosesi başlayıb. Məlumata görə, türkmən polisi bunu həmin bəzək əşyalarının avtomobili idarə etməsinə maneə törətməsi ilə izah edib.

Maraqlıdır, Azərbaycanda da avtomobilindən bəzək əşyaları asanlar cərimələnə bilərmi? 

Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Azərbaycan qanunvericiliyində bununla bağlı hər hansı qadağa nəzərdə tutulmadığını, amma sürücülərin özünün bu kimi məsələlərə diqqət etməli olduğunu vurğuladı:

"Bizim qanunvericilikdə sürücünün görünüş dairəsini məhdudlaşdıran hər hansı 
əşyaların daşınması, asılması yolverilməzdir. Digər hallarda isə kiminsə öz maşınında nəsə asması ilə bağlı bir qadağa yoxdur. Hər şeyi qadağa və cəza ilə ölçmək olmaz. Sürücü özü hiss edirsə ki, asdığı əşya onun avtomobili idarə etməsinə mane olur, özü bu halı ortadan qaldırmalıdır. Bu cür adi, elementar şeyləri qanunvericilikdə axtarmağa nə ehtiyac var?"

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ