www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » “Real” “Atletiko”nu məhv etdi (VİDEO)


“Real” “Atletiko”nu məhv etdi (VİDEO)

Bölmə: Gündəm
“Real” “Atletiko”nu məhv etdi (VİDEO)
"Real Madrid" Çempionlar Liqasını qazandı

Futbol Bu gün UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün ən güclü klubu məlum olub.
Avropanın ən nüfuzlu klub turnirinin həlledici matçında Madrid derbisi baş tutub.

UEFA Çempionlar Liqasının 59 illik tarixində ilk dəfə eyni şəhərin iki komandası, "Real Madrid" ilə "Atletiko Madrid" finalda qarşılaşıblar.

İspaniyada bu iki komandanın tərəfdarları qarşılaşmanın keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabona axın ediblər.

Gərgin mübarizə şəraitində keçən oyunun ilk dəqiqələrində “Atletiko”nun aparıcı futbolçularından olan Dieqo Kosta zədələnərək Adrian ilə əvəz edildi. “Atletiko”nun futbolçusu Dieqo Qodin isə oyunun 36-cı dəqiqəsində “Real”ın qapıçısı İker Kasilyasın səhvindən istifadə edərək hesabı açdı: 1-0.
Oyun bu hesabla davam etsə də 90-cı dəqiqədə Serxio Ramos "Real"ı sevindirib. Əsas vaxtda komandalar bərabərə qaldığı üçün əlvə vaxt təyin edilib. "Real" əlvə vaxtı dəyərləndirərək 4:1 hesabı ilə Çempionlar Liqasını qazanıb.

Ötən həftə İspaniya Liqasında 18 il fasilədən sonra çempionluğunu elan edən "Atletiko Madrid" tərəfdarları komandalarını ilk dəfə Çempionlar Liqasının qalibi olaraq görmək istəyirdi. "Real" bu qələbəsi ilə onuncu dəfə bu titutun sahibi oldu.


24 may
Çempionlar Liqası, final

"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 4:1
Qollar: Dieqo Qodin, 36 (0:1), Ramos, 90+3 (1:1), Qaret Beyl, 111 (2:1), Marselo, 117 (3:1), Ronaldo, 119 (4:1)