SON DƏQİQƏ

Bakıda 8 ayda azı 400 qüsurlu körpə doğulub

Tarix:13-09-2018, 23:42

2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 min 722-dən artıq ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyinin "13 sentyabr Ümumdünya İlk Tibbi Yardım günü” ilə bağlı açıqlamasında belə yazılır.

Açıqlamaya görə, müraciət edənlərdən 43 min 220 nəfəri xəstəxanalara yerləşdirilib.

Uşaqlardan ötrü edilən çağırışların sayı 57 min 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 min 833 olub. Nazirlik uşaqlarla bağlı təcili yardıma müraciətlərin sayında artımın olduğunu qeyd edir.

8 ayda ürək-qan damar xəstəliklərinə görə müraciət edənlərin sayı 101 min nəfərdən çox olub. Onların 8 min 768 nəfərinin hospitalizasiya edildiyi bildirilir. Miokard infarktı keçirən 689 nəfərdən 649-u, insult keçirən 2 min 541 nəfərdənsə 2 min 220 nəfəri hospitalizasiya edilib.

Səhiyyə Nazirliyi keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında da artım oldugunu bildirir.

Nazirlik həmçinin, sinir sistemi xəstəliklərinə görə, müraciətlərin sayının da artdığını, bu səbəbdən xüsusiləşmiş briqadaların təşkil olunduğunu vurğulayır.

8 ayda ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16 min 679 olub. Müraciət edənlərin 11 min 553-ü hospitalizasiya edilib. Onlar əsasən travmalar (zədələnmələr) alıblar.

Səhiyyə Nazirliyinin məlumatında həmçinin, 8 ayda Bakının doğum evlərində doğulmuş az çəkili və ya ağır qüsurlu 400-dən çox körpənin əlaqəli səhiyyə qurumlarına köçürülməsinin təmin ediliyi qeyd edilir.

Onların sonrakı taleyi açıqlanmır.

Rəsmi statistikaya görə, Azərbaycanda 600 minə yaxın əngəlli insan var. Onların 70 mindən çoxu uşaqlardır.

Xatırlatma

13 sentyabr dünyada "Ümumdünya İlk Tibbi Yardım günü” kimi qeyd edilir.

Həmin gün 1881-ci ildən qeyd olunur.

1881-ci ildə Vyana şəhərində teatrda baş verən güclü yanğın zamanı həlak olan və yaralananların sayı çox olduğundan tibbi yardım göstərilməsində problemlər yaranır. Bu hadisədən sonar Vyanada müstəqil Təcili Tibbi Yardım xidmətinin yaradılması qərara alınır.

Daha sonra isə Berlin və Londonda da Təcili Tibbi Yardım briqadalarının müstəqil fəaliyyət göstərməsinə başlanıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ