www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Aktyor həyat yoldaşını güllələdi


Aktyor həyat yoldaşını güllələdi

Bölmə: Gündəm
Aktyor həyat yoldaşını güllələdi
40 yaşlı həyat yoldaşını öldürən aktyor həbs edilib

Kriminal Arvadının ölümündə şübhəli bilinən amerikalı aktyor Maykl Ceys həbs edilib.
"Qalxan" filmi ilə populyarlaşan aktyor həyat yoldaşı Eyprili güllələyərək qətlə yetirib.

Törətdiyi cinayət barədə Makl özü polisə xəbər verib. 48 yaşlı aktyor 911 xidmətinə zəng vuraraq, operatora həyat yoldaşını güllələdiyini bildirib.

Hadisə yerinə gələn polislər 40 yaşlı qadının cəsədini evin girişində aşkarlayıblar. Hadisə yerində həmçinin aktyora məxsus olduğu ehtimal edilən tapança tapılıb.

Qətlin səbəbləri hələ məlum deyil.