SON DƏQİQƏ

QUBADA REYD KEÇİRİLİB

Tarix:27-08-2018, 11:37

YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏZİLİYİNİN TƏMİNİ MƏQSƏDİLƏ REYD KEÇİRİLİB

DİN Mətbuat Xidmətinin Quba rayonundaregional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Quba Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində reyd keçirilib. Yol nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Reyd zamanı 30-a yaxın sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub.

Analoji tədbir Siyəzən rayonu ərazisində də keçirilib. Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində keçirilən reyd zamanı qayda pozan sürücülərə protokollar tərtib edilib.

Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər  mütəmadi olaraq davam etdiriləcək.

 

Nizam Həmidov

polis leytenantı

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ