SON DƏQİQƏ

Mehman şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Tarix:15-08-2018, 10:57

Həbsdə olan video bloqer Mehman Hüseynov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Vəkili Şəhla Hümbətova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan M. Hüseynov avqustun 10-da bu barədə ərizə yazaraq müdafiəçisi vasitəsilə məhkəməyə təqdim edib. O, ərizəsində cəzasının çəkilməmiş hissəsindən azad edilməklə şərti formada azadlığa buraxılmasını istəyib.Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

Qaradağ rayon Məhkəməsində yaxın günlərdə işə baxılacaq. Hələlik prosesə sədrlik edəcək hakimin kimliyi və məhkəmənin vaxtı bəlli deyil.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ