SON DƏQİQƏ

Mehman Hüseynov anasının dəfnində iştirak üçün təkrar azadlığa buraxılıb

Tarix:7-08-2018, 11:58

Çərşənbə axşamı səhəri bloqçu Mehman Hüseynov anasının dəfnində iştirak etmək üçün təkrar azadlığa buraxılıb.

Bloqçu BBC News Azərbaycancaya bildirib ki, bugün dəfn mərasimində neçə saat iştirak edəcəyi barədə məlumatı yoxdur.

Həbsdə olan bloqçu Mehman Hüseynovun anası avqustun 6-da vəfat edib. Bunu BBC News Azərbaycancaya bloqçunun atası Rafiq Hüseynov bildirib.

O deyir ki, bloqçunun anası Firəngiz Hüseynovanın vəziyyəti gecə saatlarında pisləşib və o vəfat edib.

Mehman Hüseynov 6 avqustda təxminən saat 18:00-da "bir neçə saatlıq" azadlığa buraxılıb və 22:00-da həbsxanaya geri aparılıb.

Bloqçunun vəkili Şəhla Hümbətova deyir ki, Mehman Hüseynovun hadisəni qardaşı ilə telefon danışığından sonra öyrənib.

"Mehmanın dəfnə buraxılması üçün sənədləri hazırlayıb müraciət etmişik, cavabı gözləyirik", o deyib.

Mehman Hüseynovun anası Firəngiz Hüseynova
Image captionBloqçu Mehman Hüseynovun anası Firəngiz Hüseynova

Mehman Hüseynovun anası ötən ay xəstəxanaya yerləşdirilib və reanimasiyada müalicə alıb.

Oğlunun onunla görüşü üçün müvafiq qurumlara müraciət edilsə də, buna icazə verilməyib.

Vəkil Hümbətovanın Facebook profilində paylaşdığı məlumata görə, Penitensiar Xidmət "bloqçunun cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınması" səbəbilə Hüseynovun "qısa müddətli səfərə buraxılmasını məqsədəuyğun hesab etməyib".

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib.

O, Daxili İşlər Nazirliyinin şikayəti əsasında polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunur.

Bloqçu bu ittihamları qəbul etmir.

Firəngiz Hüseynovanın digər oğlu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov isə ölkəni tərk edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ

Azərbaycanda benzinin qiymətini kim qaldırıb?

“Çılpaq, cırıq şalvar geyənləri yox, niyə Cavanşir Məmmədovun kostyumunu gündəmə gətirirlər?”

Qubada yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb

Bakı Şəhər İcra Hakimiyyəti ləğv edilib, yeni qurum yaradılır? – AÇIQLAMA

Yol polisləri üçün yeni "Mercedes" markalı avtomobillər gətirildi – VİDEO

Altı vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərildi

Hansı yaşda əks cins maraqlı olur? - Necə ola bilər ki, belə bir qadın sizin üçün cəlbedici olmasın?”

Toy gecəsi sevgilisi ilə qaçdı - Gedərkən külli miqdarda pul apardı - FOTOLAR

Özünə yeni sahib axtaran nökər: Məxməri inqilabdan vətəndaş müharibəsinə doğru...

Astarada şəkər xəstələrinin şikayətləri