www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Futbolçular dodaq-dodağa

Futbolçular dodaq-dodağa

Bölmə: Gündəm
Futbolçular dodaq-dodağa
"Sevilya" "Benfika"ya 4:2 hesabı ilə qalib gəlib

Futbol İspaniyanın “Sevilya” klubu Avropa Liqasının qalibi olub.
“Sevilya” klubu İtaliyanın Turin şəhərində keçirilən finalda Portuqaliyanın “Benfika” klubuna 4:2 hesabı ilə məğlub edərək qitənin ikinci dərəcəli klub turnirində qalib gəlib. Oyunun əsas vaxtında hesab açılmayıb.

Hakim Feliks Brix hər biri 15 dəqiqədən ibarət əlavə 2 hissə təyin edib. Lakin əlavə olunmuş vaxtda da qalib müəyyənləşməyib - 0:0. Oyunun taleyi penaltilər seriyasına qalıb. Penaltilər seriyasında “Sevilya” “Benfika”ya 4:2 hesabı ilə qalib gəlib.

Avropa Liqasının kubok təqdimetmə mərasimində isə maraqlı anlar yaşanıb. Belə ki, mərasimdə “Sevilya” klubunun futbolçuları Rakitiç və Daniel Kariko dodaq dodağa öpüşüb. Iki futbolçunun bu hərəkəti sosial şəbəkələrdə müzakirə mövzusu olub. Onların dodaq dodağa öpüşməsi birmənalı qarşılanmayıb