SON DƏQİQƏ

Metro və avtobus qiymətlərinin artması: "30 qəpik olsa, bununla nəqliyyatda keyfiyyət artacaqmı?"

Tarix:31-07-2018, 12:30

Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda metro və avtobuslarda gediş haqqı azı 50 faiz qaldırılıb.

Bu barədə Tarif Şurası bazar ertəsi axşamı açıqladığı qərarında bildirib.

Şura bildirib ki, belə qərar vermək üçün onlara Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər müraciətlər edib.

Bu qurumların müraciət etməsinin səbəbi isə ictimai nəqliyyatda sərnişindaşıma xərclərinin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, qiymət artımına nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması olub, Tarif Şurası bildirib.

Qərara görə, şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Şuranın yaydığı bəyənatda qiymət artımından sonra Azərbaycanda bu tariflərin "əksər MDB ölkələrindən aşağı olduğu" da qeyd edilib.

Yeni tariflər çərşənbə günündən qüvvəyə minəcək.

Sosial şəbəkələrdə nə yazırlar?

Sosial şəbəkələrin azərbaycanlı istifadəçiləri qiymət artımını birmənalı qarşılamayıb.

BBC News Azərbaycanca-nın Facebook-dakı izləyicisi Taleh Rustamov yazır: "Bir defe esitmedikki sade insanlarin xeyirine nese qerar verildi. 30 qepik olsjn bununla neqiliyyatda keyfiyyet artacaqmi? yoxda yene coxdan metallurqluq olan qazel.lerde gedeceyik?"

Başqa bir izləyici Fuad Zeynalov: "Sabah axırıncı gündür gedim polnu pul vurum metro kartına. 20 qəpiklikdən istifadə edərəm heç olmasa bir ay"

Bəzi sosial şəbəkə istifadəçiləri isə məsələyə yumoristik yanaşıb.

"Sağlam həyat yaşamaq üçün piyada gəzmək lazımdır. Sağ olsun tarif şurası gecələr də yatmayıb bizi düşünür. Bundan sonra piyada gəzin.Sağlam bədəndə sağlam ruh olar prinsipi ilə ölün!!", Facebook istifadəçisi Sabina Kerimova yazır.

İstifadəçi Hacı Zeynalov: "Avtobus və metronun qiyməti 30 qəpik oldu. Artıq evdən işə, tələblər isə universitetə piyada rahat gedə bilərlər."

Twitterdə @aytcbgrva yazır: "gediş haqqının 30 qəpik olması təsdiqləndi, yer üstündə davaların artması hallarına hazır olaq #tarifşurası"

@azizlivusala1 isə "Mənə velosiped sürməyi öyrətsə öyrətsə Tarif Şurası öyrədəcək." deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ