SON DƏQİQƏ

Altıağac Milli Parkında yanğın: "Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır"

Tarix:30-07-2018, 13:46

Havanın isti və küləkli olması Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsində çətinliklər yaradır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyiFotonun müəllifiEKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

Nazirlik bildirib ki, yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, buna görə də əsasən əl əməyindən istifadə edilir.

Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri birgə tədbirlər görür.

Ekologiya və Təbii Sərvətlər NazirliyiFotonun müəllifiEKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ

Məlumatda deyilir ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ