Lent.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.