Lent.az xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.

 

Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.

 

Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

10:27

Bakıda intihar olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

 

İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.

 

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.