www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » "Kurtlar Vadisi Pusu"nun yayımlandığı kanal dəyişə bilər


"Kurtlar Vadisi Pusu"nun yayımlandığı kanal dəyişə bilər

Bölmə: Gündəm
"Kurtlar Vadisi Pusu"nun yayımlandığı kanal dəyişə bilər
Türkiyə istehsalı olan, Azərbaycanda da geniş tamaşaçı auditoriyası qazanmış "Kurtlar Vadisi Pusu" serialı yenidən kanal dəyişə bilər.
ANS PRESS-ə istinadən məlumata görə, serial hazırda yayımlandığı ATV kanalı ilə problemlər yaşayır. Məhz buna görə serialın kanal dəyişəcəyi iddia edilir.

Baş rollarında Necati Şaşmaz (Polad Alemdar), Kənan Çoban və Çiğdəm Baturun yer aldığı, 10 ilə yaxındır ki, ekran həyatı olan film bundan öncə Show TV, Star TV və TNT kimi kanallarda yayımlanıb.

İddialar doğru olsa, "Kurtlar Vadisi Pusu" gələn mövsümdən etibarən "Kanal D" də yayımlana bilər.