SON DƏQİQƏ

SABİRABADIN İCRA BAŞÇISI ŞƏHİDİN ATASINI GET-GƏLƏ SALIR: "...NƏ QƏDƏR MÜRACİƏT ETMƏLİYƏM? ! "

Tarix:26-10-2017, 11:29

"Nə Murada büst qoyuldu, nə küçəyə şəhidin adı verildi, nə də başqa əbədiləşdirmə həyata keçirildi. Sabirabadda adı sovet dövründən qalan, rus küçələri var. Niyə xalqımıza aid olmayan küçə adları saxlanılır ..?"

"Görünür ki, aidiyyəti qurumlar prosesi ləngitməklə mənim də rəhmətə getməyimi gözləyir"



"Şəhidin adının əbədiləşdirilməsi ilə bağlı hələ də tədbir görülmür”.

Bunu  aprel hadisələrində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin atası Telman Mirzəyev deyib. 

Şəhid atasının sözlərinə görə, oğlunun şəhidliyindən bu qədər müddət keçməsinə baxmayaraq, adının əbədiləşdirilməsi üçün maraqlanan olmayıb:

"Əvvəl özüm müraciət etdim ki, ən azından bir tədbir görülsün. Sabirabad rayon İcra Hakimiyyətindən təklif etdilər ki, ya hər hansı məktəbə, ya da küçəyə oğlumun adı verilsin. Lakin aprel döyüşlərindən il yarım keçib, hələ də xəbər çıxmayıb.

Sonuncu dəfə Heydər Əliyev Fondunun üzvləri şəhidin ailəsinə baş çəkib, maraqlanıb. Bundan başqa heç bir regional qurum məşğul olmayıb”.

Şəhidin ailəsinin durumuna diqqət çəkən T.Mirzəyev ailəsinin maddi və mənəvi durumunun normal olduğunu vurğulayıb: 

"Dövlətin və Müdafiə Nazirliyinin diqqətindən razıyıq. Muradın ailəsinə, uşaqlarına və valideynlərinə təqaüd verilir. Ona görə, qeyd etməliyəm ki, sadəcə Sabirabad İH laqeyd yanaşır. Murad tək Sabirabadın deyil, bütün Azərbaycanın qəhrəmanıdır. Hər halda şəhidə bu cür laqeydlik, şəhid atasının get-gələ salınması ucalıq gətirmir.

Rayonda şəhidin büsdünün qoyulacağı planlaşdırılırdı. Amma nə büst qoyuldu, nə küçəyə şəhidin adı verildi, nə də başqa əbədiləşdirmə həyata keçirildi. Sabirabadda adı sovet dövründən qalan, rus küçələri var. Niyə xalqımıza aid olmayan küçə adları saxlanılır, amma xalqı uğrunda canını verən şəhidin adı ən azından bir küçəyə verilmir? Bununla bağlı mən nə qədər müraciət etməliyəm? Belə görünür ki, aidiyyəti qurumlar prosesi ləngitməklə mənim də rəhmətə getməyimi gözləyir. Düşünürlər ki, atası da öləndən sonra onsuz da heç kim maraqlanmayacaq. "Olacaq” deyib, yubatmaqla icra hakimiyyəti nümayəndələrinin fərqli məqsədi yoxdur”.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2-5 aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Aysel Aslan
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ