SON DƏQİQƏ

Bakıda xanım jurnalistin evi yarıldı - FOTOLAR

Tarix:9-01-2019, 12:05

"Günün gündüz çağı evimə basqın edib nə var, nə yox aparacaq qədər sakit bir ölkədə yaşayıram”.
Bunu sosial şəbəkədəki hesabında evindən oğurluq edildiyini yazan journalist, "Araz” FM-in aparıcısı Aygün Akif deyib.

A.Akif polisin hadisə yerinə çağırışdan 4 saat sonra gəldiyini bildirib:

"Polis və əməliyyatçılar gözləyir ki, evə girən vicdansız evdə olanların başını kəssin, işlərini görsün sonra hadisə yerinə gəlsinlər. 102 xidməti nə üçün yaradılıb?!

Darda olan insanların köməyinə 4 saat sonra çatmağa?! Bəs bizim polisimiz bizim güvən yerimiz idi?! Bu il ikinci dəfədir evimizi bu hala salırlar. Çox "rahat, "hüzurlu” yatırıq”.

Sabaha sağ çıxmağa ümidinin olmadığını deyən aparıcı "səsimiz gəlməsə bilin ki, bizi öldürüblər. Bunu dözə bilməyib paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq. Sabah səsimiz gəlməsə bilin ki, bizi öldürüblər”,- deyə bildirib.



скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ