SON DƏQİQƏ

Özəl uşaq bağçasında baş verən biabırçılıqla bağlı ARAŞDIRMA BAŞLADI

Tarix:11-06-2018, 23:37

Bu gün Bakıda "Kids Studio Uşaq Mərkəzi” adlı özəl uşaq bağçasında müəllimənin uşağı döyərək onunla kobud rəftar etməsi ilə bağlı görüntülər onu seyr edən hər kəsdə böyük narazılığa səbəb olub. 

Uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq-aşkar əks olunduğu video-görüntü azxeber.com xəbər portalının elektron poçtuna daxil olub. Xəbərə görə, görüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Bağçanın müdirəsi Nigar Museyibova da Firuzə Tağıyeva adlı müəllimənin həqiqətən uşağı döydüyünü təsdiq edib

O bildirib ki, uşaqları döyən müəllimə işdən çıxarılacaq.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyindən bildirilib ki, adları çəkilən qurumlar tərəfindən "Kids Studio Uşaq Mərkəzi”nə lisenziya verilməyib.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə Lent.az-a deyib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: "Bizim tərəfimizdən nə etmək lazımdırsa, etməyə hazırıq. Amma uşağın valideyninin şikayəti yoxdursa və bizə müraciət etməyibsə, biz heç bir şey edə bilmirik. Hələ bu kameralar çəkə-çəkə belə hadisə baş verib. Görün kamera olmazsa, nələr baş verir”.

K. Ağazadə deyib ki, cəmiyyət daha çox maaariflənməli, valideynlər daim ehtiyatlı olmalıdırlar: "Bəlkə heç uşaq baş verənlərin hamısını demir. Valideyn özü bu məsələ ilə bağlı məlumat əldə etməlidir. O videoda bir fakt da diqqətimi çəkdi. Digər müəllim uşağın döyülməsi faktını görsə də, çox biganə şəkildə yanından keçib gedir. Onda belə çıxır ki, həmin müəllimə də eyni hərəkəti edə bilər. Həmin kadrların yayılmasına böyük ehtiyac var”.

K. Ağazadə deyir ki, valideyn uşağına qarşı fiziki, psixoloji təzyiqlə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər: "Uşağın psixoloji vəziyyəti ekspertiza vasitəsi ilə qiymətləndirilməlidir. Göz qabağında görüntü var. Mütləqdir ki, həmin uşağın başı partlayaydı? Zorakılığa məruz qalan uşağın valideyni bizə müraciət edərsə, bu məsələnin arxasında durmağa hazırıq. Valideynlərə müraciət edib deyirəm ki, uşaq təkcə sizin uşaq deyil, həm də dövlətin uşağıdır. Siz müraciət edib bildirdikdə, dövlət də sizin arxanızda duracaq və məsələyə hüquqi qiymət veriləcək”

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ