SON DƏQİQƏ

İqtisad Universitetinin əməkdaşı ətrafında 1 milyonluq qalmaqal

Tarix:11-06-2018, 23:21

Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, 46 yaşlı Vəfa Osmanlı 1 milyonluq qalmaqala görə iyunun 11-də məhkəmə zalında həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. V.Osmanlı işlədiyi universitetin bir neçə müəllimi də daxil, 10-dan artıq adamı ucuz dollar almaq adıyla aldadıb, onların pullarını mənimsəməkdə təqsirli bilinib.

V.Osmanlı istintaq və məhkəmə dövründə həbsdə deyildi. Hətta məhkəmə gedən dövrdə bir dəfə intihara da əl atmışdı. Vəkilinin məhkəmədə bildirdiyinə görə, psixi durumu ilə əlaqədar bu addımından sonra onu psixiatriya xəstəxanasına yerləşdirmişdilər. Buna baxmayaraq, məhkəmə onun haqqında məcburi gətirilmə qərarı çıxarmışdı.

Təqsirləndirilən xanım intihar cəhdi ilə əlaqədar gəlmədiyi məhkəmə iclasında zərərçəkmişlər onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbirinin həbslə əvəzlənməsi haqda vəsatət qaldırmışdı. Hakimlər o zaman vəsatəti təmin etməmişdi.

Cinayət işinin materiallarına əsasən, zərərçəkmişlər V.Orucludan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər. Şikayətçilər arasında universitetin müəllimi Kəminə Cəbrayılova, onun bacısı Cəmalə Cəbrayılova, nişanlısı və başqaları var.

CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə, zərərçəkmişlərə ümumilikdə 1 milyon ziyan vurmaqda suçlanan V.Oruclu özünü qismən təqsirli bilir. Deyir ki, zərərçəkmişlərdən bəzilərindən pul alıb, amma manatı dollara dəyişmək adıyla yox, birgə iş qurmaq üçün. Sonradan iş alınmayıb, ona görə pulu qaytara bilməyib.

«Universitetdə birlikdə işləmişik, yaxın olmuşuq. Deyirdi ki, ucuz dollar almaq üçün tanışı var. Emil adlı tanışının müxtəlif banklarla əlaqəsi olduğunu demişdi. Mən də inanıb ona 30 min manat verdim ki, dollara dəyişsin. Vəfa sabah pulu gətirəcəyini dedi, amma nə dollar gətirdi, nə də pulu qaytardı. Bacım Cəmaləni də aldadıb 10 min manatını almışdı», – K.Cəbrayılova bildirib.

Zərərçəkmiş Orxan Səlimov isə deyir ki, V.Oruclu ondan 50 min manat alıb: «Dedi ki, qardaşımın iş yerinin dəyişməsi üçün lazımdır, qaytaracaq. İnanıb verdim. Çünki bundan əvvəl bir neçə dəfə nisyə qızıl alıb qaytarmışdı».

Ucuz dollar almaq istəyən Bəhruz Nağıyev isə daha çox ziyana düşüb. İddiaya görə, o, V.Orucluya 400 min manat verib, əvəzində 255 min dollar alacaqdı: «Pulu heç cür geri ala bilmirdim. Gələcəkdə Vəfanın məndən bu qədər pul aldığını dana biləcəyini düşündüm və pulu qaytaracağı barədə ondan qəbz aldım».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ