SON DƏQİQƏ

Kollegiya sədri vəkillərə xəbərdarlıq etdi - “20-30 manat alıb sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır”

Tarix:6-06-2018, 13:32

 bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyası "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiya” mövzusunda tədbir və namizədlərin andiçmə mərasimində bildirib.

Onun sözlərin görə, vətəndaşlardan şikayətlər gəlir, biz bunlardan xəbərdarıq: "20-30 manat alıb sənədlərə qol çəkilməsi hallarına son qoyulmalıdır. Buradan bütün vəkillərə xəbərdarlıq edirəm”.

Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyası baş verən bütün neqativ hallarla bağlı məlumatlıdır: "Vəkillər düşünməsin ki, biz bu barədə məlumatsızıq. Sizlərdən ancaq qanunun tələblərinə uyğun vəkillik fəaliyyəti ilə məşğul olmaq tələb edilir”.

Kollegiya sədri onu da bildirib ki, vəkillər etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnmək üçün müəyyən kurslar keçməli və vəkillik imtahanı verməlidirlər.

Onun sözlərinə görə, dünya praktikasında da bu təcrübə tətbiq edilir: "Vəkillər Kollegiyasının üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar. Deməzdim ki, bu məsələ birbaşa təhsil səviyyəsinin keyfiyyəti ilə əlaqəlidir. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməlidirlər. Eyni zamanda bir sıra praktiki biliklərə də yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaqdan ötrü vəkillərin ixtisas imtahanları nəzərdə tutulub. Bu bütün ölkələrdə belədir. Biz gələcəkdə bir sıra kurslar, seminarların da təşkil edilməsini planlaşdırırıq".

 


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ