SON DƏQİQƏ

Zaqatalada 6 ballıq zəlzələ: Bir nəfər vəfat edib

Tarix:6-06-2018, 12:52

Zaqatalada çərşənbə axşamı baş verən 6 ballıq zəlzələ zamanı sakinlər arasında həyacan yaşanıb, bir nəfər vəfat edib.

Səhiyyə Nazirliyi bidirir ki, yaranmış stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub.

Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn Soltan Qandaxov insult keçirərək vəfat edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BBC News Azrbaycancaya bildirib ki, Soltan Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub.

Qax şəhər sakini 13 yaşlı qız zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub.

Qax xəstəxanasına yerləşdirilən yeniyetməyə lazımi tibbi yardım göstərilib, nazirlik bildirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, iyunun 6-da axşam saat 11 radələrində Zaqatalada baş verən 6 ballıq yeraltı təkanlar 19 km dərinlikdə olub.

Mərkəz bildirir ki, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

Mərkəzin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı BBC News Azərbaycancaya deyib ki, zəlzələ yer səthinə yaxın olduğu üçün güclü hiss olunub.

APA xəbər verir ki, zəlzələnin gücündən bəzi evlərdə çatlar yaranıb.

Azərtac yazır ki, ilkin məlumatlara əsasən, dağıntı və insan tələfatı olmayıb.

Zaqatala rayon fövqəladə hallar komissiyasından bildirilib ki, Zaqataladan 24 kilometr cənubda qeydə alınan yeraltı təkanlar nəticəsində 2012-ci ilin mayında baş vermiş güclü zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş bəzi köhnə tikililərdə, həyətlərin hasarlarında xırda çatlar əmələ gəlib.

Zaqatala və ətraf rayonların icra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları baş vermiş zəlzələ ilə bağlı kənd ərazi icra nümayəndəlikləri ilə müntəzəm əlaqə saxlayırlar, Azərtac dövlət xəbər agentliyi bildirir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ