SON DƏQİQƏ

Şabranda bələdiyyə sədri cərimələndi

Tarix:1-06-2018, 20:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Şabran rayonu Uzunboyad bələdiyyəsinin ərazisinə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi və yandırıldığı aşkar edilib.


Faktla bağlı Uzunboyad bələdiyyəsinin sədri Rafiq Muradov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.


Tullantıların qısa vaxt ərzində təmizlənməsi və qanunvericiliyə uyğun idarə olunması üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.


 
 
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ