SON DƏQİQƏ

“Əgər Nuşirəvan müəllim hamam xalatına haqq qazandırırsa, Allah işini avand eləsin...”

Tarix:1-06-2018, 14:19

İnkişaf etmiş ölkələrdə yayımlanan serialların kütləvi informasiya vasitələrində yeni seriyaları ilə bağlı anonsları verilir. Bu gün Azərbaycanda da kifayət qədər teleseriallar çəkilir və belə seriallarla bağlı bizim informasiya agentliklərində anonsları verilə bilərmi, yoxsa biz buna hələ hazır deyilik?

Sualları cavablandıran kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov deyir ki, bizdəki serialları peşəkarlar çəkmədiyinə görə hələ ki, bu mümkün deyil:
"Bu film çəkənlər heç özləri bilmirlər nə istəyirlər. Bunu artıq şouya çeviriblər. Heç bu seriallara baxan yoxdur. Adicə bir seriala baxmaq üçün gərək on gün televizorun qabağında oturasan. Bunun üçün də iş olur deyə çox vaxt mümkün olmur. O nə sənət əsəridi ki, içindən bir epizoda baxa bilmirsənsə, ona vaxt ayırasan? Bunların hamısını ləğv etmək lazımdı. Seriallara sərf olunan pulları ciddi işlərə sərf etmək lazımdır. İkincisi də kinonu peşəkar insanlar çəkməlidir. Hər yerindən duran film çəkir. Bunların da hələ kütləvi informasiya vasitələrində anonsunun verilməsi ağılabatan deyil”.

Ş.Əbdül son zamanlar telekanallardakı hamam xalatı məsələsini də sərt qınayıb:

"Bununla bağlı ictimai bir qurum yaradılmalıdır. Bu televiziya rəhbərləri hara baxırlar?! Bu hamam xalatını efirlərdən yığışdırmaq lazımdır. Belə biabırçılıqla pul qazanmaq olmaz axı. Nə istəyirlər bunlar bu sənətdən?! Əgər Nuşirəvan müəllim hamam xalatına haqq qazandırırsa, Allah işini avand eləsin, sağ olsun. Amma Nuşirəvan müəllim görmür ki, bu cür eybəcər, biabırçı seriallar çəkməzlər? Mən burdan bir ağsaqqal kimi ona müraciət edirəm. Xahiş edirəm bu işlərlə məşğul olan bir qurum yaradılsın və ciddi araşdırma aparılsın”.  
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ