SON DƏQİQƏ

Benzinin qiyməti qalxa bilər– Deputatdan açıqlama

Tarix:1-06-2018, 12:19

Milli Məclisin deputatı Vahid Əhmədov Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılmasına münasibət bildirib.

 deputat "Ölkə.Az”a açıqlamasında deyib ki, zavodun əsaslı təmirə dayandırılması ən uzağı 30-40 gün sürəcək.

Zavodun müvaəqqəti təmirə dayandırılması ilə bağlı əhalinin ciddi narahatçılığına ehtiyac olmadığını vurğulayan V.Əhmədov qeyd edib ki, əgər "Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiya və digər ölkələrlə idxal müqavilələri imzalanacaq:

"Əsaslı təmir uzun müddət davam etməyəcək. Cəmi 30-40 gün olacaq ki, bu müddətdə də Azərbaycanın öz ehtiyatları ehtiyacları ödəyə biləcək. Əgər əlavə ehtiyac yaranarsa, bunu da Rusiya və digər ölkələrdə idxal etmək mümkündür”.
V.Əhmədov əlavə edib ki, həmin dövrdə "Ai-92” marakalı benzinin qiymətini idxal müqavilələrinin şərti müəyyən edəcək:

"Yəni, bu zaman idxal müqavilələri "Ai-92” markalı benzininin qiymətinə təsir edə bilər”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ