SON DƏQİQƏ

Yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq

Tarix:31-05-2018, 16:36

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvarın 1-dən başlanılacaq.

 2019-cu ilin yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi "Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalacaq.

Vətəndaşlar sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün "Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilərlər.

Bu halda sürücülük vəsiqəsi "Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.

 

Dəyişiklik Milli Məclisin bugünkü iclasında səsə qoyularaq qəbul edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ