SON DƏQİQƏ

Əyalət başçısının arvadı ərindən 230 dəfə çox “qazanırmış”

Tarix:23-05-2018, 00:06

Rusiyada hər bir məmur və onun ailə üzvləri maliyyə ilinin sonunda malik olduqları əmlak barədə bəyannamə təqdim edirlər və bu bəyannamələr ictimaiyyət üçün açıq informasiya hesab olunur. Bəzən həmin bəyannamələrdə çox maraqlı faktlar üzə çıxır. Belə faktıardan biri Bryansk vilayətində qeydə alınıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomazın arvadının varidatı məmurun özünün sahib olduğu mal-mülkdən düz 230 dəfə çox imiş.

Belə ki, 2017-ci ildə qubernator "vur-tut” 4,1 milyon rubl (təxminən 117 min manat) qazanıb. Onun iki evi, iki həyətyanı sahəsi və QAZ-53 yük avtomobili varmış. Binəva vilayət başçısının bundan savayı iki pay kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaq sahəsi var ki, bunlardan biri pay torpağı kimi bir neçə şəxs tərəfindən istifadə olunur.

Məmurun arvadı Olqa Boqomaz Rusiyanın ən iri kartof tədarükü müəssisələrindən sayılan "Boqomaz” şirkətinin başçısıdır. O, ötən il nə az - nə çox, düz 941 milyon rubl (təxminən 27 milyon manat) qazanıb. Qadının adına 134 torpaq sahəsi, sənaye tikililəri, kənd təsərrüfatı məhsullarının emalı və saxlanması üçün avadanlıqlar qeydiyyatdan keçib. Bundan əlavə, məmur arvadının 27 avtomobili var – "Porsche Cayenne”dən tutmuş, bir neçə KamAZ yük maşınına qədər.

"Boqomaz” şirkətinin 1998-ci ildən bəri fəaliyyət göstərdiyi bildirilir. Bu qurumun rəhbərliyində qubernatorun arvadı ilə yanaşı, iki oğlu da var.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ