www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Məşhur futbolçu terrorçu oldu? (FOTO)


Məşhur futbolçu terrorçu oldu? (FOTO)

Bölmə: Gündəm
Məşhur futbolçu terrorçu oldu? (FOTO)
Keçdiyimiz günlərdə Lassana Diarra haqqındakı ortaya atılan iddialar hər kəsi heyrətə gətirib

Həyat tərzi Keçdiyimiz günlərdə Lassana Diarra haqqındakı ortaya atılan iddialar hər kəsi heyrətə gətirib.
Bir müddət "Real Madrid", "Çelsi" və "Arsenal" kimi komandaların formasını geyən fransız oyunçu Lassana Diarranın "Əl Qaidə"yə qatıldığı iddia olunur. Bu məlumatın yayılmasına səbəb isə internetdə yayılan bir videodur.

İngilis qəzeti "The Guardian"da bu gün yayımlanan xəbərə görə isə bu iddia əsassızdır. Qəzetin məlumatına görə, videoyu araşdıran ingilis və digər ölkə kəşfiyyat orqanları videoda danışan "Əl-Qaidə" üzvünün Portuqaliya vətəndaşı, İngiltərədə yaşayan Kelso Rodriqes Da Kosta olduğunu təsbit edib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Suriyadakı cihadçı bir qrupa aid olduğu deyilən video yayılıb. Görüntülərdə "Cihad üçün, allah üçün pulu və futbolu buraxdı. Londondan gəldi" yazıları qeyd olunub. Bu videonun yayımlanmasından sonra isə videoda danışan adamın məşhur futbolçu Lassana Diarra olduğu iddia olunurdu.