SON DƏQİQƏ

Məcburi köçkünlər ev tələb edir: "Biz qalmışıq qıraqda, başqaları pul verib ev alır!"

Tarix:17-05-2018, 22:59

Çərşənbə axşamı məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevlə görüşmək üçün komitə binasının qarşınına toplaşıb.

Onlardan bəziləri regionlardan gəlib, digərləri isə bakının müxtəlif ərazilərində məskunlaşıb.

Tərtər rayonundan gələn Ağdam köçkünü deyir ki, onun oğluna ev verilməyib və ev verilməsi üçün ondan rüşvət tələb olunub.

Ağcabədi rayonunda məskunlaşmış Laçın məcburi köçkünü də ona ev verilmədiyini deyir.

Bakıda peşə məktəbinin binasında yaşayan Kəlbəcər köçkünləri isə binanın qəzalı vəziyyətindən şikayətçidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev isə bütün şikayətlərə baxılacağını və "lazımi tədbirlərin görüləcəyini" deyir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ