www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » İlham Əliyev iki rayonun icra başçısını işdən çıxardı

İlham Əliyev iki rayonun icra başçısını işdən çıxardı

Bölmə: Gündəm
İlham Əliyev iki rayonun icra başçısını işdən çıxardı
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı İrşad Əliyev prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

Virtualaz.org AzərTac-a istinadən xəbər verir ki, Tərtər RİH başçısı Ceyhun Cəfərov Kürdəmir RİH başçısı vəzifəsinə təyin olunub. Tərtər RİH başçısı vəzifəsinə təyinat aparılmayıb.

Prezident Ağdamın icra başçısı Nizami Sadıqovu da işdən azad edib. Onun yerinə MTN-in Tərtər Rayon Şöbəsinin rəisi Raqif Məmmədov başçı təyin edilib.

Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı. 1950-ci il, aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami Sadıqov 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1990-cı ildən 1992-ci ilə kimi Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin ölüm şöbəsində xüsusi mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi olub. O, prezidentin 1 sentyabr, 2009-cu il tarixli sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi.