SON DƏQİQƏ

İcra başçısı Petek Dinçözə torpaq bağışlayıb? - AÇIQLAMA

Tarix:14-05-2018, 13:10

Ötən həftə Şəkiyə konsert verməyə gələn türkiyəli müğənni Petek Dinçözə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov torpaq sahəsi hədiyyə edib.

Bu barədə sənətçi "ATV maqazin onlarla” proqramına açıqlama verən müğənni icra başçısının ona söz verdiyini deyib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

"Həmin videonu görmüşük. Lakin bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Xəbər təkzib olunub. Torpağın mülkiyyətçisi bələdiyyədir. İcra hakimiyyəti olaraq bələdiyyənin yerinə hər hansısa söz deyə bilmərik. Bu səbəbdən də icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır.”
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ