www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Avropa Liqası: yarımfinalçılar məlumdur (SİYAHI)


Avropa Liqası: yarımfinalçılar məlumdur (SİYAHI)

Bölmə: Gündəm
 Avropa Liqası: yarımfinalçılar məlumdur (SİYAHI)
Futbol üzrə Avropa Liqasının bütün yarımfinalçıları məlum olub. ½ finala İspaniyanın “Valensiya” və “Sevilya”, Portuqaliyanın “Benfika” və İtaliyanın “Yuventus” klubları vəsiqə qazanıblar.


“Valensiya” ¼ finalın cavab qarşılaşmasında İsveçrənin “Bazel” klubunu 5:0 hesabı ilə məğlub edib. İsveçrədə keçirilən ilk oyun “Bazel”in 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.

“Sevilya” cavab qarşılaşmasında öz meydanında Portuqaliyanın “Portu” klubunu 4:1 hesabı ilə məğlub edib. İlk oyunda “Portu” minimal hesabla qalib gəlmişdi - 1:0

“Benfika” öz meydanında Hollandiyanın “AZ Alkmaar” komandasına 2:0 hesabı ilə qalib gəlib. Alkmaardakı ilk qarşılaşmada da “Benfika” üstün olmuşdu - 1:0.

“Yuventus” ¼ finalın cavab oyununda Fransanın “Lion” klubunu 2:1 hesabı ilə məğlub edib. Fransada keçirilən ilk oyunda da “Yuventus” 1:0 hesabı ilə qalib gəlmişdi.

Yarımfinalın püşkü bu gün İsveçrədə atılacaq.