www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Xanımı Tağı Əhmədov haqda danışdı: “Bakıdayıq”


Xanımı Tağı Əhmədov haqda danışdı: “Bakıdayıq”

Bölmə: Gündəm
Xanımı Tağı Əhmədov haqda danışdı: “Bakıdayıq”
Vəzifədən çıxarıldığı gündən Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov haqqında söz-söhbətlər səngimir.

Onun gah ölkə hüdudlarından kənarda olduğu, gah da yeni vəzifəyə təyin olunacağı ilə bağlı məlumatlar yayılır. Bir sözlə, mediaya həmişə eksklüziv açıqlamalar verən Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun hazırda nə işlə məşğul olduğu bəlli deyil.

Bir müddət öncə - Novruz bayramı günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istirahət etmiş Tağı Əhmədov artıq Bakıdadır.
Bunu modern.az-a açıqlamasında T. Əhmədovun xanımı Salatın Əhmədli deyib. O, Tağı Əhmədovun hazırda Azərbaycanda olduğunu bildirib və xaricə getməsi barədə yayılan söz-söhbəti qəti şəkildə təkzib edib.

“Bakıdayıq. Heç yerə getməmişik, niyə getməliyik?. Özüm də indi dərsdəyəm”, – deyə o vurğulayıb.

Qeyd edək ki, alim-tədqiqatçı Salatın Əhmədli Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışır. Eyni zamanda universitetin Yasamal rayonu YAP Qadınlar Şurasının və “Kitab Evi” İctimai Birliyinin sədridir.