www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » “Azəriqaz”ın anbar müdiri işdən çıxarıldı


“Azəriqaz”ın anbar müdiri işdən çıxarıldı

Bölmə: Gündəm
“Azəriqaz”ın anbar müdiri işdən çıxarıldı
Hesablama Palatası İstehsalat Birliyində yoxlamaya başladı

Bu gün - aprelin 7-də Hesablama Palatası “Azəriqaz” İstehsalat Birliyində yoxlamalara başlayır.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, yoxlamalar ərəfəsində “Azəriqaz”da üç vəzifəli şəxs -anbar müdiri , ümumi məsələlər üzrə müavin və satınalmalar şöbəsinin müdiri işdən azad olunublar: “Həmin şəxslərin vəzifədən kənarlaşdırılmasının yoxlamalarla birbaşa əlaqəsinin olub-olmadığını iddia etmirik. Amma məsələn, təchizat məsələlərinə cababdeh olan şöbə rəhbərinin, anbar rəisinin işdən çıxarılma səbəbləri maraqlıdır. Adətən Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsinə nəzarət edir. Dövlət Neft Şirkəti büdcədən maliyyələşmir, ancaq qaz xətlərinin çəkilişi ilə əlaqədar büdcədən külli miqdarda vəsait ayrılıb”.

M.Qəhrəmanlı qeyd etdi ki, ölkə rəhbərliyinə respublika üzrə qazlaşmanın 90 fazidən yuxarı olduğu haqqında məlumat verildi: “Nədənsə köhnə xətlər yenisi ilə əvəz olunduqdan sonra da qaz itkiləri azalmadı. Hesablama Palatası bu məsələni də diqqətdə saxlamalıdır”.