www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Bakı küçələrində peyda olan 1 milyon avroluq maşın hansı məmur uşağınındır?


Bakı küçələrində peyda olan 1 milyon avroluq maşın hansı məmur uşağınındır?

Bölmə: Gündəm
Bakı küçələrində peyda olan 1 milyon avroluq maşın hansı məmur uşağınındır?
Bakı küçələrinin birində qiyməti yüz minlərlə ölçülən "Lamborghini" markalı avtomobil peyda olub.

Lüks avtomobilin Bakı küçələrindəki fotolarından da aydın olur ki, söhbət "Lamboghini Gallardo" markalı avtomobildən gedir.

Qeyd edək ki, model və formasından asılı olaraq "Lamborghini" avtomobillərinin qiyməti 100 mindən 1 milyon avroya qədər dəyişə bilir. "Lamborghini Gallardo" markalı avtomobil getdiyi yoldan aslı olaraq saatda 350 kilometr qədər sürət yığmaq imkanına malidir. Yəni Bakıda yol nəqliyyatı qaydalarını pozmadan bu avtomobilin bütün imkanlarından yararlanmaq möcüzəyə bərabərdir.

Yalnız italyan şirkəti bütün dünyadakı müştəriləri üçün ildə minlərlə belə markalı avtomobillər istehsal edir (ANS).