www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi


Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi

Bölmə: Gündəm
Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi
Ermənistan Azərbaycandan qaçan ailəyə siyasi sığınacaq verib.

Virtualaz.org saytı “Novosti Armenii” nəşrinə istinadən bildirir ki, bu barədə Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqaik Yeganyan məlumat verib.

“Onların müraciətinə baxıldı və xahişləri yerinə yetirildi. Bu ailəyə Ermənistanda yaşamaq hüququ və siyasi sığınacaq verildi” - deyə Q.Yeganyan bildirib.

Xatırladaq ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov bu il yanvarın 29-da həyat yoldaşı və üç uşağı ilə birgə Ermənistan-Gürcüstan sərhədindəki Baqrataşen sərhəd-keçid məntəqəsinə gedərək Ermənistana keçmək istədiyini bildirib. Orucovlar ailəsi düşmən ölkə vasitəsilə Avropaya mühacirət etmək məqsədi güdürdü. C.Orucovun anası isə yerli mətbuata açıqlamasında oğlunun qeyri-adi xarakterindən bəhs edərək onun bu addımının anlaşılmaz olduğunu demişdi.