www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » Boş qalan deputat yerləri üçün seçkilər keçirilsin- TƏKLİF

Boş qalan deputat yerləri üçün seçkilər keçirilsin- TƏKLİF

Bölmə: Gündəm
Boş qalan deputat yerləri üçün seçkilər keçirilsin- TƏKLİF


Milli Məclisin bu gün keçirilən iclasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov boş qalmış seçki dairələrində təkrar parlament seçkilərinin keçirilməsi məsələsini qaldırıb.

“Qafqazinfo” xəbər verir ki, deputat bildirib ki, vətəndaşlar dövlətin idarə olunmasında iştirak etməlidir:

“Bu qanunda da qeyd olunub. Hər bir vətəndaşın seçkili orqanlarda iştirak etmək hüququ var. Ötən il Zaqataladan seçilmiş millət vəkili Hikmət Atayev yol qəzasında dünyasını dəyişdi. Gülər Əhmədova məlum hadisələrdən sonra mandatından, Əli Əhmədov isə yeni vəzifəsindən dolayı millət vəkilliyindən imtina etdi. Qanunvericiliyinə görə seçkinin keçirilməməsi Konstutusiyanın 54-55-ci maddələrini, Seçki Məcəlləsinin 167-ci maddəsini pozur. Hesab edirəm ki, tezliklə boş qalan yerlərə seçki keçirilməlidir”.