www.DOGRU.tv - Onlayn Televiziya » Gündəm » 10 məhbus xəstəliyə görə azadlığa buraxılıb

10 məhbus xəstəliyə görə azadlığa buraxılıb

Bölmə: Gündəm
10 məhbus xəstəliyə görə azadlığa buraxılıb
Son on ildə vərəmdən ölüm halları 10, digər xəstəliklərdən ölüm halları isə 3 dəfə aşağı düşüb

Hadisə "2013-cü ildə 10 məhbus xəstəliyə görə azadlığa buraxılıb".Bunu Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisi tibb xidməti polkovnik-leytenat Rəfail Mehdiyev deyib.
Onun sözlərinə görə, cəmiyyətdə hansı xəstəliklər daha geniş müşahidə olunursa, cəzaçəkmə müəssisələrində də o xəstəliklər geniş yayılır. Ən çox müşahidə edilən isə ürək-damar xəstəlikləridir.

"Cəzaçəkmə müəssələrində yayılan xəstəliklər sırasında onkoloji və epidemiloji xəstəliklərində adını çəkmək olar. Bu il xəstəliklə bağlı dünyasını dəyişən məhbus olub. Lakin bu cür halların sayı getdikcə azalır. Biz məhkumların sağlamlığı üçün adekvat addımlar atırıq. 2013-cü il ərazində ağır xəstəliyə düçar olmuş və cəzasını çəkə bilməyən 10 ağır xəstə azadlığa buraxılıb. Son on ildə vərəmdən ölüm halları 10, digər xəstəliklərdən ölüm halları isə 3 dəfə aşağı düşüb”.