SON DƏQİQƏ

DYP əməkdaşı Xudatda meşə ərazisini qanunsuz zəbt edərək obyektlər tikdirir.

Tarix:19-05-2021, 11:48

Xaçmaz rayon, Xudat şəhərində meşə fonduna aid olan ərazidə ağaclar qəsdən qurudulur və yaşıllıq zolağı hər bir tərəfdən hasarlanıb.
Qanunvericiliyin əksinə olaraq əsaslı tikintilər aparılan bu ərazinin artıq hansısa yolla müəyyən vətəndaşların adına rəsmiləşdirildiyi bildirilir.
Həmçinin ətrafda yaşayan sakinlərin dediyinə görə, bu barədə dəfələrlə müvafiq qurumlara şikayət olunsa da, heç bir nəticə yoxdur.
Hətta şikayətçilər onu da bildirirlər ki, həmin yerdə vaxtilə avtobus dayanacağı olsa da, hazırda müxtəlif ticarət obyektləri tikilib.
Tikililərin və ərazinin.  Yol Patrul Xidməti Alayının ikinci tağımının əməkdaşı Zamik Məmmədov 
 aid olduğu, atasının adına rəsmiləşdirildiyi bildirilir.
Onu da qeyd edək ki, qarşı tərəfin münasibətini öyrənmək istəyilə əlaqə saxladıq.
Məmmədov Zamik yerin şəxsən ona aid olmadigin bildirse də, həmin obyektlərin tam qanuni qaydada rəsmiləşdirildiyini bildirdi.
Mövzunu diqqətdə saxlayacağıq.
P. S. Ancaq Məmmədov Zamiq özünə "məxsus olmayan" bu ərazinin sənədlərindən necə xəbərdar olduğunu bizə demədi. Maraqlıdır, görəsən hardan bilir?
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ